Beyləqanda qardaş bacısını boğdu
Azərbaycanın Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nazirliyin məlumatına görə, iyulun 28-də Beyləqan rayonunun Örənqala qəsəbəsində qəsəbə sakini Əli Süleymanov ailə münaqişəsi zəminində bacısı Solmazı boğaraq öldürüb.
Qeyd edək ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənov tutulub.
Mənbə:> Oxu.Az