Audi yeni Q7-ni təqdim etdi – VİDEO
Audi avtomobil konserni 2016-cı ilin Q7 avtomobilini hazırlayıb.
ANS PRESS-in məlumatına görə, youcar portalı məşhur krossoverin İsveçrə Alplarında test-drayvını təqdim edib.
Yeni model xətlər harmoniyasını təşkil edən dizaynından əlavə effektliyi, yüngüllüyü, genişliyi və bir çox digər üstünlükləri ilə fərqlənir. Artıq yeni Q7 325 kiloqram (716,5 funt) daha yüngüldü. Bu onu öz klassında olan avtomobillər arasında ən yüngül edir.
Q7 daha effektli mühərrikə sahib olmasına baxmayaraq 28 faiz daha az yanacaq sərf edir. Bundan əlavə avtomobildə sürücüyə kömək və rahat sürüşməni təmin edən bir çox müasir sistemlərlə təchiz olunub.
Uzun sözə gərək yoxdur. Avtomobil həvəskarları yeni Audini 3 sözlə izah edirlər. Dəbdəbəli, komfortlu və müasir...
Mənbə:> ANSPRESS