Qaraçuxurda 3 yaşlı uşaq bıçaqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Qaraçuxurda 3 yaşlı uşaq bıçaqlandı – YENİLƏNİB

Qaraçuxurda 3 yaşlı uşaq bıçaqlandı


Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

AzNews.info xəbər verir ki, üçyaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova Report-a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib:

“Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb”.

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.

Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın “bıçaqlanma” kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın “Qeydiyyat kitabçası”nda qeydlərin səhv aparılması olub.

09:56

Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

AzNews.info-nun Report-a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *