"Xəzər Lənkəran" uduzdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Xəzər Lənkəran" uduzdu

"Xəzər Lənkəran" uduzdu


Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Bakı" "Qəbələ"ni qəbul edib. Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 55-ci dəqiqədə penaltidən Cavid Hüseynov açıb. 88-ci dəqiqədə isə Vüqar Bəybalayevin avtoqolu "Qəbələ"ni sevindirib. Beləliklə, Roman Qriqorçuk Azərbaycandakı ilk rəsmi oyununda 3 xala sevinib.

Turun son oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. Əksər təcrübəli oyunçularından imtina edən Lənkəran klubu Elbrus Məmmədovun debüt batçında 0:2 hesabı ilə yenilib. Hesabı 51-ci dəqiqədə qış fasiləsində "Xəzər Lənkəran"dan "Simurq"a transfer olunan Elnur Abdullayev açıb. 9 dəqiqə sonra isə Rəşad Eyyubov fərqlənib.

Qeyd edək ki, turun ilk oyununda "İnter" "Sumqayıt"la "sülh" bağlayıb (0:0), ikinci oyunda AZAL "Neftçi"ni udub (2:1).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *