Çempionlar Liqasında ilk qadın hakim » AzNews.info -Xəbər portalı

Çempionlar Liqasında ilk qadın hakim – FOTO

Çempionlar Liqasında ilk qadın hakim


Avropa futbolunun ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına qadın hakim təyinat ala bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə Bundesliqanın cari mövsümündə baş hakim kimi debüt edən qadın referi Bibiana Ştaynhausun Çempionlar Liqasına təyinat ala biləcəyi qeyd edilib.

Belə ki, Avropanın ali futbol qurumu xanım hakimin qitənin ən nüfuzlu klub turnirinin oyunlarına təyinatında problem görmədiyini vurğulayıb. Ştaynhausun Bundesliqada iki illik təcrübənin ardından ÇL-də təyinat almağa başlayacağı gözlənilir.

Xatırladaq ki, xanım referi Bundesliqada baş hakim kimi cari mövsümdə - “Herta” - “Verder” görüşündə debüt edib.

Çempionlar Liqasında ilk qadın hakim

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *