Bağla

AzNews.info



Azərbaycanlı model Leylanın ölümü ilə bağlı başlanan cinayət işində gözlənilməz qərar

Azərbaycanlı model Leylanın ölümü ilə bağlı başlanan cinayət işində gözlənilməz qərar


Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.

AzNews.info-in APA-ya istinadla məlumatına görə, vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.

İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.

Vəkil bildirib ki, L.Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda “Zəfəran” klinikasında iranlı həkim Sirus Qoçxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L.Oruclu ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *