Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Aznews.info xəbər verir ki, bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib:

“Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *