Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı? » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Video

Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı? – VİDEO

Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?


Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

ANS PRESS-in məlumatına görə, paytaxtın xəritəsinə yeni daxil olmuş stadion öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Səhnənin quraşdırılması üç aya başa gəlib.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar.

Açılış Mərasimi “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, bir sıra maraqlı məqamlar və sürprizlərlə yadda qaldı.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əminliklə demişdi ki, Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq.

Onun söylədikləri dünən baş tutan möhtəşəm Açılış Mərasimində öz təsdiqini tapdı. Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2015-in Açılış Mərasiminin təxminən 100 milyon manata başa gəldiyini açıqlayıb.

Bəs, dünyanı heyrətləndirən şounun müəllifləri kimlərdir?

Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.

Açılış mərasimini hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur.

Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır.

Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir.

Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *