Düşmənə göz dağı verən Açılışdan təəssüratlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Düşmənə göz dağı verən Açılışdan təəssüratlar

Düşmənə göz dağı verən Açılışdan təəssüratlar


Azərbaycan və onun paytaxtı Bakı dünən birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı. Çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.

ANS PRESS Bakı 2015 I Avropa Oyunlarının Açılış Mərasimini izləyən tanınmışların təəssüratlarını təqdim edir:

Millət vəkili Fazil Mustafa bu tədbirin hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdiyini deyir:
"Avropa Oyunlarını stadiondan canlı izləmənin keyfini yaşadım. Möhtəşəm bir tədbir, möhtəşəm bir tərtibat. Təbii ki, kompozisiya barədə hazır material üzərindən müəyyən tənqidlər səsləndirmək olar, bəlkə daha yaxşısını düşünmək olardı. Ancaq kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov da, "Sarı gəlin" də, "Qarabağ şikəstəsi" də, hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. Nizami əsərlərinin kompozsiyası yabançılar üçün bir qədər anlaşılmazdı, elə bizim üçün də müəyyən epizodlarda sual işarəsi yarandı. Kompozisiyada Şərqdə ilk cümhuriyyət yaradıldığını xatırlatmaq mədəni simamızın tanıtımı baxımından daha faydalı olardı. Nar simvolikası da uğurlu seçilmişdi və parçalanmış nardan nar dənəsini xatırladan şarların dağılımı gözəl düşünülmüşdü. Alov kompozisiyası da sonluq üçün xeyli uğurlu seçim idi. Ən çox zövq aldığım isə Türkiyə və Azərbaycan heyətlərinin haradasa eyni coşqu ilə qarşılanması idi. Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyərdi. Bu tədbir hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdi. Təşkilatçılıqda, icrada zəhməti olan hər kəsə vətəndaş olaraq təşəkkür etməyi borc bilirəm. Ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsi dəyə bilərəm. İnşallah idmançılarımız da uğurlu çıxışlarla əhvalımızı daha da yüksəldərlər".

Millət vəkili Qənirə Paşayeva 1-ci Avropa Oyunları məşəlini Qarabağ müharibəsində iki gözünü itirmiş qəhrəmanımızın gətirməsinə çəkdi: "Açılış Mərasimində məşəli Dəfələrlə olimpiya çempionu olmuş İlham Zəkiyev gətirdi və Olimpiya alovunu o alovlandırdı. Bu əslində ciddi bir məsaj idi. Bir neçə xarici dostlarımızın onu gözləri ilə bağlı verdiyi sualın cavabından çox təsirlənmişdi. Hətta onunla bağlı daha geniş məlumat da istədilər. O məşəli açılışa gözlərinin işığını Qarabağda itirən amma buna ramən dünyanın ən tanınmış idmançılarından biri olan İlham bəyin gətirməsi Təşkilat Komitəsinin ən gözəl addımlarından biri idi. Təşəkkürlər. İlham qardaşımıza da hər zaman uğurlar!"

Aydın Mirzəzadə möhtəşəm Açılış Mərasimini ölkəmizi dünyaya tanıtmaq üçün daha bir imkan olduğunu qeyd etdi: “Qədim tariximiz çox gözəl tamaşa və səhnə tapıntıları ilə diqqəti dünyaya göstərildi. Bu həm şou, həm də dünyaya Azərbaycanı tanıtmaq imkanı idi. Bu səhnəyə görə ssenaristlərə böyük təşəkkür düşür".

"Bakı 2015"in hazırlıqlarına start veriləndən bu önəmli hadisə ilə bağlı dəfələrlə öz şərhlərini verən politoloq Arzu Nağıyev təəssüratlarını 3 cümlə ifadə etdi: "Möhtəşəm bir açılış. Fəxarət hissli bir gün yaşadım. Eşq olsun Azərbaycanımıza!"

Sənət adamlarının qürur və fəxrlə dolu təəssüratlarını diqqətinizə çatdırırıq;

Əməkdar artist Aybəniz Haşımova: Vətənimlə bir daha qürur duydum! Bu gun ölkəmiz üçün çox unudulmaz tarixi bir gündür!"

Əməkdar artist Məlahət Abasova: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Vətənimlə qürur duyuram!"

Xalq artisti Faiq Ağayev: "Mən keçirdiyim fəxarət hissini bir sözlə ifadə edə bilərəm; Vətənimlə fəxr edirəm! Təntənəli Açıılış Mərasimində yayımlanan məşəldaşıma videosunda özümü də görmək necə də böyük bir qürurdur!"

Müğənni Nura Suri: " Azərbaycanın qədim tarixi, əsrarəngiz rəngləri, fantastik musiqilər, muğamın sehrli səsi, qeyri-adi müxtəli səhnə quruluşları, fövqəladə atəşfəşanlıq - bütün bunlar birinci Avropa Oyunlarının Açılış mərasimində izlədik. Unudulmaz şou məhəbbətlə hazırlanmışdı. Bunu hər kəs görməlidir!"

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *