Misir ehramlarının insanlar tərəfindən inşa edildiyi təsdiqləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Tarix

Misir ehramlarının insanlar tərəfindən inşa edildiyi təsdiqləndi

Misir ehramlarının insanlar tərəfindən inşa edildiyi təsdiqləndi


Qədim Misir Tədqiqat İnstitutunun amerikalı alimləri Giza ehramının tikintisi zamanı xətaya yol verildiyini ortaya çıxarıb. Araşdırmaya görə, onun təməli heç də ideal kvadratdan ibarət deyil.

Oxu.Az xəbər verir ki, bu barədə “Science Alert”də məqalə dərc olunub.

Alimlər hesab edir ki, misirlilərin yüksək memarlıq biliklərinə baxmayaraq, ehramın tərəfləri uzunluq baxımından bərabər olmayıb.

Ehramların qədim misirlilər tərəfindən inşa edildiyi haqqında konkret elmi sübutlara baxmayaraq, alternativ versiyalar da, məsələn, bu tikililərin yüksək inkişaf etmiş sivilizasiyalar tərəfindən ucaldıldığı ilə bağlı ehtimallar da mövcuddur. Belə ki, ideal həndəsi göstəriciləri olduğu deyilən ehramların - yadplanetlilərin “memarlıq işi” olduğu iddia olunurdu.

Ancaq Giza ehramının 4500 il əvvəlki xarici görünüşünün rekonstruksiyası zamanı alimlər müəyyən qüsurlar aşkarlayıb. Ehramlar inşa olunduqdan sonra əhəng daşından üzlük vurulub. Qahirənin ərəblər tərəfindən yandırılmasından sonra (1168-ci il) bu materialdan yeni evlərin inşasında geniş istifadə olunub.

Tədqiqaçtılar əhəngdaşı bloklarının olduğu yerləri axtarır. Ümumilikdə üz çəkilmiş ehramın kənarlarına uyğun olan 84 nöqtə tapılıb.

Həmin nöqtələr geometrik şəbəkəyə köçürülüb və statistik təhlil metodu ilə alimlər tikilinin hər bir tərəfinin uzunluğunu hesablayıb. Məlum olub ki, qərb tərəf şərq tərəfdən 14 santimetr uzun olub.

Alimlərin sözlərinə görə, bu məlumatlar qədim misirlilərin, həqiqətən, dahi inşaatçılar olduğunu və ehramların insanlar tərəfindən inşa edildiyini isbat edir. Hər bir insan kimi, misirli inşaatçılar da səhvdən sığortalanmayıb.

Habelə onların belə dəqiq geometrik göstəriciləri olan ehramları nə məqsədlə tikdiyi indiyə kimi müəmma olaraq qalır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *