Sabahkı futbol matçının bileti 17 min dollara satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Futbol

Sabahkı futbol matçının bileti 17 min dollara satılır

Sabahkı futbol matçının bileti 17 min dollara satılır

Sabah Rusiyanın Rostov şəhərində Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində yerli “Rostov” klubu İngiltərənin məşhur “Mançester Yunayted” klubunu qəbul edəcək. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu oyunun biletləri uzun müddətdir ki, satılıb qurtarıb. Hazırda onları yalnız “qara bazar”da əldə etmək mümkündür. Qiymətlər isə fantastik həddə çatıb.

Belə ki, avito.ru alqı-satqı saytında yerləşdirilmiş bir elanda “Rostov”-MU oyununun bir bileti 1 milyon rubla (təxminən 17 min dollara) satışa çıxarılıb. Həmin saytda stadionun tribunalarının o qədər də yaxşı sayılmayan sektoruna biletin qiyməti 20 min rubldur (340 dollar). Bu, hazırda mövcud olan ən ucuz qiymətdir.

Maraqlıdır ki, 17 min dollardan qat-qat aşağı xərc çəkməklə cavab oyununu canlı izləmək üçün Mançesterə təyyarə ilə 1 həftəlik səfər etmək mümkündür.

Matç sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və televiziya ilə canlı yayımlanacaq.

Sabahkı futbol matçının bileti 17 min dollara satılır

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *