Mingəçevirdə sərxoş sürücü qəza törətdi, altı nəfər yaralandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Mingəçevirdə sərxoş sürücü qəza törətdi, altı nəfər yaralandı

Mingəçevirdə sərxoş sürücü qəza törətdi, altı nəfər yaralandı


Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, "Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb.

Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxslər:

Sürücü - 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər - 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə


Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *