Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb – YENİLƏNİB

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb

Ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan “Veysəloğlu” şirkətinin işçilərinin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, dünyasını dəyişən altı nəfərdən üçü adıçəkilən şirkətin Bərdə lokal ofisinin əməkdaşları olub.

Bunlar satış təmsilçiləri 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu və 1992-ci il təvəllüdlü merçendayzer Allahverdiyev Zahir Həsən oğludur.

12 may (21:58)

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.

Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

21:13

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *