Dövlət Komitəsində BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə görüş olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dövlət Komitəsində BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə görüş olub

Dövlət Komitəsində BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə görüş olub


Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Türkiyə Baş nazirinin böyük müşaviri, professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzNews.info xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamladıqdan sonra yaxın günlərdə Türkiyəyə etdiyi rəsmi səfərdən məmnunluqla danışıb. O qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.
Səmimi qəbula görə təşəkkür edən Hacı Bəkir Karlığa vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və iki ölkənin kədəri də, sevinci də eynidir. Daha sonra qonaq BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, iki qardaş ölkə olaraq bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcəkdir. Azərbaycan bütün dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür Forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir.
Daha sonra Qlobal Forumuna hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi Forumda Azərbaycanın yüksək səviyyədə təqdimatı, Dövlət Komitəsinin bu sahədə görə biləcəyi işlər ərtafında geniş fikir mübadiləsi aparılıb. Türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə saysız-hesabsız töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məqamların yüksək səviyyəli tədbirlərdən dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *