Yeni danışıb, zarafat edən seks-robot artıq satışa çıxarılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Yeni danışıb, zarafat edən seks-robot artıq satışa çıxarılıb – VİDEO

Yeni danışıb, zarafat edən seks-robot artıq satışa çıxarılıb


Britaniyada süni intellektə malik olan yeni seks-robot - "Samanta"nın satışları başlandı.

AzNews.info Bakipost.az-a istinadən xəbər verir ki, qeyri-adi oyuncağın dəyəri 4700 dollar təşkil edir. Bu barədə Britaniya qəzeti Daily Mirror yazır.

Biznesmen Treysi Uitmorun sözlərinə görə, "Samanta” sadə robot deyil, o, seks-rejimindən "ailə" rejiminə keçə bilir və məişət mövzularında rahatlıqla ünsiyyəti dəstəkləyir.

Eyni zamanda "Samanta”, fəlsəfə haqqında danışa bilir, hətta zarafat da edir. O, USB vasitəsilə enerji toplayır, onun başında SD-kart üçün port da var.

Şübhə yoxdur ki, böyüklərin oyuncağı öz alıcısını tapmaqda çətinlik çəkməyəcək. Daha əvvəl bildirilirdi ki, başqa bir sahibkar Bredli Şarve Londonda seks-robotlardan ibarət kafe açmağı planlaşdırır. Orada yalnız qəhvə sifariş etmək və robotların xidmətlərindən istifadə etmək olacaq. Öz cəsarətli "yaradıcılıq" planları haqqında möhtərəm biznesmen Huffington Post nəşrinə danışmışdı.

Cənab Şarvenin ağlına bu ideya, onun Bankokun seks-kafesini görməsindən sonra gəlib. Düzdür, Böyük Britaniyada Taylanddan fərqli olaraq fahişəxanalar qanunla qadağandır. Ancaq gözüaçıq sahibkar fikirləşib ki, əgər ziyarətçilərə fahişələr deyil, robotlar xidmət edəcəklərsə, o zaman qanun məhdudiyyətlərini keçə biləcək.


Mənbə: Bakupost.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *