Maşın dayanacaqda avtobus gözləyən bir ailənin 4 üzvünü vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Maşın dayanacaqda avtobus gözləyən bir ailənin 4 üzvünü vurdu

Maşın dayanacaqda avtobus gözləyən bir ailənin 4 üzvünü vurdu

Gecə saatlarında paytaxtda 4 nəfər eyni avtomobilin zərbəsinə tuş gəlib.

APA TV xəbər verir ki, yol qəzası zamanı xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir. Məlumata görə, piyadaların vurulduğu avtoqəza Bakının Xəzər rayonunda qeydə alınıb.

1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu, 1975-ci il təvəllüdlü Nurəliyeva Məxluqə Eynulla qızı, onların övladları - 12 yaşlı Qurbanov Rəhim Araz oğlu və 13 yaşlı Qurbanov Rəhman Araz oğlu Mərdəkan qəsəbəsindəki dayanacaqların birində avtobus gözləyən zaman idarəetmədən çıxan bir avtomobil onları vurub.

Ata, ana və onların iki övladı xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildirir.

Qəzadan sonra avtomobilin sürücüsü Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi qaldırılıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *