Küçələrdə dilənməyə məcbur edilən 13 yaşlı qızın başına gələnlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Küçələrdə dilənməyə məcbur edilən 13 yaşlı qızın başına gələnlər – VİDEO

Küçələrdə dilənməyə məcbur edilən 13 yaşlı qızın başına gələnlər


Bu qızcığaz 7 il küçələrdə bu şəkildə dilənməyə məcbur edilib. Səhər tezdən küçlərə çıxarılıb və gecə yarısınadək valideynləri tərəfindən zorla diləndirilib.

AzNews.info Xezerxeber.az-a istinadən məlumat verir ki, 13 yaşlı qız, uşaqlığını həmyaşıdlarından fərqli olaraq küçələrdə dilənərək keçirib. Onun sözlərinə görə, anası və nənəsi onun kimi qardaşını da zorla dilənməyə məcbur ediblər.

Qızcığaz deyir ki, onlar bir müddət bu şəkildə Yevlaxda yaşayıblar. Bakıya köçəndən sonra da işgəncə davam edib, daim diləndirilib. Dediyinə görə, evə az pul gətirəndə uşaqların günü-güzəranı olmayıb. Anası evə az pul gətirdiyi üçün onlara qarşı zorakılıqlarını artırıb.

13 yaşlı qız sonda dözə bilməyib diləndiyi yerdən heç kəsə xəbər vermədən qaçıb. Hazırda Azərbaycan Uşaqlar Birliyinin bir sığınacağında qalır. Bura sığınarkən oxuma - yazma bilməsə də indi belə deyil.

Xezerxeber.az-ın mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edirik :


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *