Xəzərdə qəza: ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Xəzərdə qəza: ölən və yaralananlar var

Xəzərdə qəza: ölən və yaralananlar var


Martın 20-də gecə saatlarında Qum adasında yerləşən “Bahar” Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.

“Qafqazinfo” xəbər verir ki, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.

Məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təsdiqləyib. O, təşkilata bu barədə məlumat verildiyini bildirib: “Bizdə olan məlumata görə, Ayaz adlı qaynaqçı özülün dəliyindən dənizə düşüb. Bu zaman aldığı xəsarətdən dünyasını dəyişib. Digər şəxslərin olması barədə xəbərlər gəlir. Dəqiqləşdirmə aparırıq”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *