Space TV-nin qalmaqallı verilişi bağlandı - “Mövzu qıtlığından...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media, Video

Space TV-nin qalmaqallı verilişi bağlandı - “Mövzu qıtlığından...” – VİDEO

Space TV-nin qalmaqallı verilişi bağlandı - “Mövzu qıtlığından...”


Space televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.

Bu haqda “Qafqazinfo”ya kanaldan məlumat daxil olub. Space TV-nin sözügedən verilişlə bağlı açıqlamasını təqdim edirik:

“Yeni mövsümdə kanalda “Bu, maraqlıdır” adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox guman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün “Bu, maraqlıdır” verilişinin bağlanması haqqında qərar qəbul edib”.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında “Bu maraqlıdır” verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *