Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji » AzNews.info -Xəbər portalı

Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji

Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji


Müasir dövrdə elektrik enerjisindən pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur.

Region TV xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib.

Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb.

Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.

Mənbə: Region TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *