Evsizlərə inanılmaz fürsət » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Evsizlərə inanılmaz fürsət – FƏRMAN

Evsizlərə inanılmaz fürsət

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) formalaşmasını birmənalı şəkildə aztəminatlı ailələrin evlə təmin olunması baxımından artıq yeni layihələrin icrasına start verilməsi kimi qiymətləndirmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqındakı fərmanını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, yeni fərman birbaşa sosial evlərin inşasının sürətləndirilməsi və buna məsul olan bir qurumun formalaşdırılması anlamına gəlir:

“Sosial evlərin formalaşması üçün belə bir quruma ehtiyac var idi. Bu addım bütövlükdə mənzil sektorunda, xüsusən də aztəminatlı ailələr üçün yeni evlərin inşa olunmasında mühüm rol oynayacaq. Belə ki, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsi hesabına binalar inşa olunacaq. Yeni fərman imkan verəcək ki, sosial evlər daxil olmaqla, müxtəlif aztəminatlı ailələr üçün nəzərdə tutulan mənzil layihələrini də reallaşdırmaq mümkün olsun. Yeni qurumun yaradılmasında əsas məqsəd də məhz bundan ibarətdir. Bu, ipoteka proqramından fərqli bir layihə olacaq. Söhbət dövlət büdcəsi hesabına yeni binaların inşa edilməsi və onların uzun müddətli dövrə aylıq aşağı ödənişlə vətəndaşlara təqdim edilməsindən gedir”.

Qeyd edək ki aprelin 11-də Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Bir müddət öncə isə dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunan iclasında paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanılacağını bildirib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *