"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Media

"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı – FOTO

"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı


Məlumat verildiyi kimi, 11-12 fevral 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə media nümayəndələri üçün press-tur təşkil olunub.

AzNews.info xəbər verir ki, press-turun ikinci günü media nümayəndələri üçün Azərbaycanda ilk xizək məktəbinin təlimçiləri tərəfindən xizək dərsləri keçirilmişdir. Media nümayəndələri xüsusi xizək geyimi və xizək ləvazimatları ilə təmin olunmuşdur. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları öyrədilmiş, xizək enişi və yamacları barəsində məlumat verilmişdir.
Qeyd edək ki,Azərbaycanda 2012- ildən fəaliyyətə başlayan ilk xizək məktəbində 40-dan çox ingilis,fransız, ispan,rus və türkdilli və yerli xizək müəllimi çalışır.

Həmçinin, media nümayəndələri kanat yolları haqqında məlumatlandırılmış və bu yollardan istifadə bileti ilə təmin olunmuşlar. Bu biletlər vasitəsilə Şahdağın yüksəkliklərinə qalxaraq, Turizm Mərkəzini, xizək enişlərini seyr etmişlər.
Press-turun təşkil olunmasında əsas məqsəd “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat verməkdir.

"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı

"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı

"Şahdağ" Turizm Mərkəzinə təşkil olunmuş press-tur başa çatdı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *