ABŞ-da qadınlara çılpaq gəzmək qadağan edildi » AzNews.info -Xəbər portalı

ABŞ-da qadınlara çılpaq gəzmək qadağan edildi

ABŞ-da qadınlara çılpaq gəzmək qadağan edildi


Fort-Kollins şəhəri (ABŞ, Kolorado ştatı) ictimai yerlərdə qadınlara çılpaq gəzməyə izin verməyib, USA Today məlumat yayıb.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, yerli hakimiyyət “ictimai çılpaqlığa” dair qaydaların dəyişilməsi üçün səs verib.

Qanun əvvəlki kimi qadınlara park və digər ictimai yerlərdə sinəsi çılpaq gəzməyi qadağan edir.

İstisnalar içərisində körpə əmizdirmək və labüd tibbi yardımın göstərilməsi var. Bundan başqa, qadınlar çılpaqlığın gözlənilən olan yerlərdə çılpaq gəzə bilərlər, məsələn, geyim dəyişmə otaqlarında.

Şəhər şurasının üzvləri onlarla sakinin “qadınların çılpaq gəzməsi”nin yaşayış məntəqəsinə və onun nüfuzuna xələl gətirdiyi haqqında fikrini dinləyiblər. Bəzilərinin sözlərinə görə, bu qadınlara daha az hörmət etməyə və ümumiyyətlə, onların təhlükə altında qalmağına gətirib çıxaracaq.

Digərləri isə qeyd edirlər ki, kişilər və qadınlar qanun qarşısında bərabər olmalıdırlar, amma döş qəfəslərinin quruluşu fərqlidir, ona görə də onlara münasibət də fərqli olmalıdır.

Şəhər şurasının üzvlərindən biri Rey Martines Fort-Kollinsin striptiz-kluba çevrildiyini görmək istəmədiyini deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *