Heydər Əliyev prospektinin köməkçi yolları bağlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Heydər Əliyev prospektinin köməkçi yolları bağlanır

Heydər Əliyev prospektinin köməkçi yolları bağlanır


Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, buna səbəb göstərilən müddət ərzində Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır.

Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *