Ukrayna Avropa Birliyindən hərbi kömək istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Ukrayna Avropa Birliyindən hərbi kömək istədi

Ukrayna Avropa Birliyindən hərbi kömək istədi


Ukrayna Avropa Birliyindən hərbi kömək etməyi xahiş edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi Konstantin Yeliseyev danışıb. O bildirib ki, Avropa Birliyini 30 avqustda Ukraynaya görə Avropa Şurasının fövqəladə sessiyasını keçirməyə çağırırıq.

"Ukrayna və Avropa İttifaqı bu müharibəni dayandırmalıdır. Həmrəylik mütləq və şübhəsiz olmalıdır. Qətiyyətli və əhəmiyyətli sanksiyalar həyata keçməlidir. Həmçinin, Ukraynaya hərbi təcavüzün dayanması üçün bizə genişmiqyaslı hərbi və hərbi-texniki kömək edilməlidir".

Konstantin Yeliseyev xatırladıb ki, fevralda Rusiyanın hərbi təcavüzü başlayandan sonra Avropa Birliyi Ukraynaya görə 11 qərar qəbul etdi. Amma bu addımlar heç bir nəticə verməyib: "Bu, anlamaq üçün kifayət deyilmi ki, Kreml üçün heç bir sözün mənası yoxdur?",- deyə Ukraynanın Avropa Birliyindəki nümayəndəsi söyləyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *