“Aykakan Jamanak”: Ermənistan iqtisadiyyatını defolt gözləyə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Aykakan Jamanak”: Ermənistan iqtisadiyyatını defolt gözləyə bilər

“Aykakan Jamanak”: Ermənistan iqtisadiyyatını defolt gözləyə bilər


Ermənistan hökuməti son illər böyük məbləğdə xarici və daxili borclar toplayır ki, bu da son nəticədə defolta gətirib çıxara bilər, erməni qəzeti “Aykakan Jamanak” yazır, Oxu.Az xəbər verir.

Qəzet yazır ki, rəsmi proqnozlara görə, 2015-ci ildə Ermənistanın dövlət borcu 4,9 mlrd. dollar təşkil edəcək, 2008-ci ildə isə bu rəqəm 2,13 mlrd. dollar təşkil edib və həmin məbləğin yalnız 1,82 mlrd. dolları xarici borcun payına düşüb.

Beləliklə, qəzet yazır ki, 2008-ci ildə dövlət borcunun ÜDM-in 18%-nə bərabər olduğu vaxtda, 2015-ci ildə bu rəqəm yeddi il ərzində 2,5 dəfə artaraq, ÜDM-in 44,5%-nə çatıb.

“Lakin əslində hər şey daha pisdir. İş ondadır ki, 2015-ci ilin birinci rübünün yekunlarına görə, bizim dövlət borcumuz artıq ÜDM-in 52%-ni ötür... istisna deyil ki, ilin sonunadək bu göstərici ÜDM-in 55-57%-nə çatacaq”, - deyə, qəzet yazır.

Eyni zamanda qəzet yazır ki, dövlət borcunun göstəricilərində hökumətin zəmanəti altında alınmış şirkət kreditləri hesablanmır.

Məsələn, hökumətin “xahişi ilə” İrəvan istilik-elektrik stansiyası (İES) banklardan 50 mln. dollar kredit götürüb və həmin məbləği “Nairit” zavodunun işçilərinin əməkhaqqı borclarının ödənilməsinə sərf edib.

Bununla yanaşı, həmin məbləğ qeydə alınmır və heç yerdə hökumətin onu hansı mənbələr hesabına ödəyəcəyi açıqlanmır.

Belə nəticəyə gəlmək olar ki, Ermənistanın dövlət borcunun səviyyəsi rəsmi statistikada təsbit olunandan çoxdur və istisna olunmur ki, bu göstərici artıq ÜDM-in 60%-lik həddini aşıb. Bu isə Ermənistan qanunvericiliyinə əsasən dövlət borcunun yolverilən maksimal səviyyəsidir, “Aykakan Jamanak” yazır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *