Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu sərt tənqid edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu sərt tənqid edib

Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu sərt tənqid edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” qanunun Aİ-nin hüquq normalarına zidd olduğunu bildirərək onu sərt tənqid atəşinə tutub.

Oxu.Az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” yenilənmiş qanun ölkədəki müsəlman təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edir.

Yeni qanun, həmçinin, ölkədəki məscidlərin imamlarının bir il ərzində Avstriya diplomu almasını tələb edir. Qeyd edək ki, Avstriyadakı əsas müsəlman təşkilatları qeyd olunan qanunu dəstəkləyib. Yalnız Avstriya Türklərinin Birliyi (ATIB) və Müsəlman Gənclərinin Təşkilatı (MJOE) yeni qanunla əlaqədar Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini bildiriblər. Türkiyə dini məsələlər idarəsinin rəhbəri Mehmet Görməz də qanunu şiddətli tənqid atəçinə tutub.

“Siz bir tərəfdən Aİ –nin hüquq normalarından danışırsınız, digər tərəfdən isə bu normalara tamamilə zidd addımlar atırsınız”, deyə Ərdoğan qanunu şərh edərkən qeyd edib.

Ərdoğan Qərbdə İslama qarşı geniş vüsət almış yanlış fikirlərə və islamofobiyaya dair bir neçə misal gətirib və bu tip mövhumata son qoymağın zəruriliyini qeyd edib.

Qeyd edək ki, hazırda Avstriyada 500 minədək müsəlman yaşayır. (APA)

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *