Deputatdan Əli Mirəliyevə dəstək: Bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Deputatdan Əli Mirəliyevə dəstək: Bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da...

Deputatdan Əli Mirəliyevə dəstək: Bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da...


Millət vəkili Fazil Mustafa müğənni Əli Mirəliyevin fəxri adlarla bağlı qalmaqallı açıqlamasını dəstəkləyib.

Deputat Oxu.Az-a açıqlamasında mədəniyyət sahəsində fəxri adların ədalətsiz paylanıldığını söyləyərək, bu adlardan imtina etməyi təklif etdi: “Doğru sözə nə deyəsən? Həqiqətən də, bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə, bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da layiqsizlərin gözünə, heç olmazsa, bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin. Tanıdığım bir sənət adamı var. Olduqca mütəvazi bir insandır. 40 ildir fortepianonun arxasında əyləşib ən mötəbər tədbirlərdə saatlarla gözəl musiqi ifaçılığı nümayiş etdirir. Neçə illərdir “Dan ulduzu” ansamblının solistidir. Fəridə Hüseynova tanınmış pianoçudur. Tədbirlərin birində soruşdum ki, yəqin ki, siz ən azı Azərbaycanın əməkdar artistisiniz. Cavabı məni heyrətləndirdi: “Siz nə danışırsınız, mənim kimim var ki, hansısa ad da verilsin! Ancaq təsəllim budur ki, tələbələrimin çoxuna adlar verilib, elə bu da mənim bəsimdir”.

Hələ bizim tanımadığımız neçə belə peşəkar insanlar var ki, adamsızlıqdan, pulsuzluqdan belə adlara əlləri çatmır. İndi deyirlər, bu Əli Mirəliyev çox sərt danışır. Adam daha necə danışmalıdır? Sənətlə bağlı baş verənlər gözünün qabağındadır, söyləməmək mümkün deyil”.

Xatırladaq ki, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri vəzifəsindən azad edildikdən sonra müğənni Əli Mirəliyev onunla bağlı narazılığını dilə gətirmişdi: “Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana “Xalq artisti” adı verdirirdi. Onun hesabına mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla, hamınızı xalq artisti olan yerdə! Bu millət uzun illər rusun tərkibində olub deyə, həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, o ad boş şeydir. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub?! Amma onları dünya tanıyır!”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *