Nazir xalq artistlərinə xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Nazir xalq artistlərinə xəbərdarlıq etdi

Nazir xalq artistlərinə xəbərdarlıq etdi


“Xalq artisti öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, bu haqda ciddi düşünməlidir. İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.

AzNews.info-nun APA-ya istinadla xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir:

“Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil.

Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *