Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...

Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...


Bir neçə gün öncə Mingəçevirdə şəhidin adını daşıyan bulaqda sayğac quraşdırılması ilə bağlı yayılan xəbər cəmiyyətdə birmənalı qarşılanmamışdı. Belə ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılmış və şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödədiyini açıqlamışdı.

AzNews.info-nun modern.az-a istinadən verdiyi məlumata görə, artıq məsələ öz həllini tapıb. Belə ki, bulağa quraşdırılmış sayğac yerində qalsa da, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.

Xəbəri “Azərsu” ASC-nin mətbuat xidməti təsdiq edib.

Xatırladaq ki, Mingəçevirin mərkəzində ümumilikdə 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsilməsindən də şikayət edirlər.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *