Belarusda təxribata hazırlaşan onlarla silahlı saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Belarusda təxribata hazırlaşan onlarla silahlı saxlanılıb

Belarusda təxribata hazırlaşan onlarla silahlı saxlanılıb


Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda silahlı təxribata hazırlaşan onlarla silahlı saxlanıldığını açıqlayıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, A.Lukaşenko silahlıların düşərgələrdə təlim keçdiyini və təxribat üçün əlverişli məqam gözlədiyini bildirib.

Belarus prezidenti silahlıların təlim keçdikləri düşərgələrdən birinin Bobruyska rayonunda olduğunu qeyd edib:

“Digər düşərgələr Ukraynadadır”.

A.Lukaşenko Polşa və Litvada da silahlıların düşərgəsi olduğunu istisna etməyib: “Silahlılara pul Polşa və Litvadan gəlib”.

Belarus prezidenti Avropa İttifaqı ölkələrində yaşayan bir belarus qadının səfirliyə müraciət etdiyini və təxribat barədə xəbər verdiyini də nəzərə çatdırıb:

“Həmin vətəndaşımızın məktubundan sonra biz araşdırmalara başladıq və maraqlı nəticələr əldə edildi. Bundan sonra detallı araşdırmaq lazımdır ki, silahlılara pul haradan və necə gəlib, onların hazırlığı ilə kim məşğul olub, bu cinayətkarlar hansı ölkələrdən gəliblər. Belarus həmişə istənilən qanunsuz hərəkətin qarşısını almağa hazırdır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *