Ərdoğanın partiyası düşür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğanın partiyası düşür

Ərdoğanın partiyası düşür


Rəjəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqi düşməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, bunu “GENAR” tədqiqat mərkəzinin son araşdırması ortaya çıxarıb. 4-8 dekabr 2014-jü il tarixində türkiyənin 25 şəhərində 5 min 115 nəfər arasında keçirilmiş sorğu nəticəsində müəyyən edilib ki, keçiriləcək parlamient seçkilərdə rəyi soruşulanların 48,2 faizi AKP-yə, 25 faizi ana müxalifət parityası CHP-yə səs verəcək. Rəyi soruşunlanların 14,1 faizi bozqurdların parityasına, yəni müxalifətçi Milliyyətçi Hərəkat Partiyasına (MHP), 9 faizi isə PKK-nın siyasi qanadı BDP-yə səs verəcəyini deyib. Rəyi soruşulanların 3,7 faizi isə başqa partiyaları səs verəcəklərini deyiblər.

Beləliklə, sorğunun göstəriciləri 12 iyun 2011-ci il parlament seçkilərinin nəticələrinə bənzəsə də, xeyli dəyişib. AKP 1,7 faiz, CHP isə 1 faiz səs itirib. Bunun əvəzində, MHP 1,1 faiz, BDP isə 2,4 faiz səs qazanıb.

AKP-yə ən böyük dəstəyi Rəcəp Tayyib Ərdoğanın vətəni olan Qara dəniz bölgəsi (59%) verib. Daha sonra İç Anadolu (54,8%), Cənub-Şərqi Andolu (49%), Mərmərə dənizi bölgəsi (48,9%), Şərqi Anadolu (46,4%) və Aralıq dənizi bölgəsi (44,6%) gəlir. Hakim partiyanın ən zəif olduğu bölgə isə Egey dənizi bölgəsidir (32,8%).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *