Çavuşoğlu İslam ölkələrini Qarabağa dəstək verməyə çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Çavuşoğlu İslam ölkələrini Qarabağa dəstək verməyə çağırdı

Çavuşoğlu İslam ölkələrini Qarabağa dəstək verməyə çağırdı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İslam ölkələrinin bu məsələdə həmrəyliyi münaqişənin ədalətli həllinə töhfə verə bilər.

AzərTAc xəbər verir ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısının açılışında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir deyib ki, İƏT-in İstanbul Sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair məlum qətnamələri əsasında, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı şərti ilə həll olunmalıdır.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *