Əhməd Davudoğlunun Azərbaycana səfəri başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Əhməd Davudoğlunun Azərbaycana səfəri başladı

Əhməd Davudoğlunun Azərbaycana səfəri başladı


Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, baş nazirin müavinləri Mehmet Şimşek, Yalçın Akdoğan, qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mahir Ünal, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binəli Yıldırım və digərləri müşayiət edirlər.

Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *