Rusiya razılıq aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Rusiya razılıq aldı - VİDEO

Rusiya razılıq aldı
Almaniyanın paytaxtı Berlində Ukraynaya dair dördtərəfli danışıqların iştirakçıları Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsinə dair razılıq əldə ediblər, lakin atəşkəs məsələsi yenə də həll olunmamış qalıb.

ANS TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirlərinin görüşü barədə açıqlama verərkən deyib ki, tərəflər 5 saat ərzində Ukrayna qarşısında dayanan bütün problemləri müzakirə ediblər.

Sergey Lavrov deyir ki, Rusiya tərəfində ATƏT müşahidəçiləri bizim müştərək təşəbbüslərimizə əhəmiyyətli töhfələr verirlər: “Bundan başqa, Ukraynada da özlərini lazımi təchizatla təmin etmək səlahiyyətinə malik olan ATƏT missiyası var. Biz həmin missiyanın Ukrayna tərəfdən sərhədə nəzarət etməsi üçün pilotsuz təyyarələrlə təchiz edilməsi barədə müzakirələr aparırıq”.

Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsi və sərhəddə yoxlanma proseduru həm Ukrayna tərəfi, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsilə razılaşdırılıb: “Rusiyanın əsas məqsədi isə Ukraynanın şərqində atəşkəsin əldə olunmasıdır.

Bundan əvvəl rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq niyyətində olduğunu iddia edirdi”.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *