Artur Rasizadənin köməkçilərinin sayı azaldıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Artur Rasizadənin köməkçilərinin sayı azaldıldı – Nazirlər Kabinetində struktur dəyişiklikləri

Artur Rasizadənin köməkçilərinin sayı azaldıldı


Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

Bununla bağlı Baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin "Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

Mənbə: Mia.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *