Bağla

AzNews.info



Bölmə: Manşet, Siyasət, Video

Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı – VİDEO

Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi "Ulduz" telekanalında, "Veronika Kraşeninnikova ilə Proqnozlar" proqramında aparıcı rəsmi Yerevanı Avropa Birliyi ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamaq istəyinə görə sərt tənqidə məruz qoyub və Sarkisyan hökumətinin seçimini Ukrayna hakimiyyətinin siyasi kursu ilə müqayisə edib.

Virtualaz.org bildirir ki, bundan başqa, verilişin müəllifi Hitler Almaniyasının muzduru, Serj Sarkisyan hökuməti tərəfindən övliyalar sırasına daxil edilmiş başıbəlalı faşist Qaregin Njdenin rolundan danışaraq, erməni faşizminin mənbələrinə müraciət edib.

Qeyd edək ki, Njde ölkəni idarə edən hakim Respublika partiyası tərəfindən dini qəhrəman elan edilib.

Onu da xatırladaq ki, faşist Almaniyası ilə əməkdaşlığa qədər, Zaqafqaziyanın sovetləşdirilməsindən əvvəl məhz Q.Njde Dağlıq Qarabağda bir çox Azərbaycan kəndlərinin əhalisinin qırılmasında şəxsən iştirak edib.

Veronika Kraşeninnikova, həmçinin Ermənistanın hakim Respublika partiyasının gerbi ilə Alman Milli-Sosial İşçi Partiyasının simvolikası arasında təəccüblü oxşarlıq aşkar edib.

"Ulduz" telekanalının həmin süjetini təqdim edirik.


Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *