Bağla

AzNews.info



Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında – VİDEO+FOTO

Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında

Təsisçisi Azərbaycanın əməkdar mühəndisi İsmayıl Əfəndi İsmiyev olan “EVRASCON” şirkəti Moskvanın mərkəzində, məşhur “Zaryadye” parkının ərazisində “Üzən körpü” (qurğu zahirən sanki havada üzür) formasında unikal piyada estakadası inşa edib. Virtualaz.org xəbər verir ki, bu piyada estakadasının unikal tərəfləri onun konsolunun 70 metr təşkil edən uzunluğudur. İndiyə qədər dünyanın heç bir ölkəsində heç bir şirkət bu cür uzunluqda konsola malik olan qurğu inşa etməyib. Bu faktı nəzərə alaraq “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir.

Estakadanın layihəsi də Azərbaycan şirkəti tərəfindən, habelə Hidrotexniki və Nəqliyyat Qovşaqlarının layihələndirilməsi üzrə Emi-Tədqiqat Mərkəzi “Hidrotransproyekt” tərəfindən hazırlanıb. Layihə Moskva Dövlət Ekspertizası tərəfindən müsbət rəy alıb. Piyada körpüsünün ümumi uzunluğu 250 metrdir.

Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında


Körpünün rəsmi açılışı 2017-ci il sentyabrın 9-da, Moskvanın 870 illiyi günündə olub. “Üzən körpü”nün açılışına Rusiya Federasiyasının prezidenti Vladimir Putin, habelə Moskva meri Sergey Sobyanin gəliblər.

“Üzən körpü” özündə özündə latın əlifbasının “V” hərfini xatırladan seyrangahı birləşdirir. Konstruksiyanın əsasını heç bir dayağı olmayan və ümumi uzunluğu 70 metr təşkil edən seyrangah təşkil edir. Meydançanın mərkəzi hissəsinin Moskva çayından hündürlüyü 15 metrdir.

Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında


Körpünün aparıcı konstruksiyası ilkin dartılmış betondan tökülüb, dekorativ elementləri isə metaldandır. Gəzinti zonasının döşəməsi ağacdandır. “Üzən körpü”nün seyrangahı böyük dayanıqlığa malikdir və 240 tondan çox ağırlığa tab gətirə bilir. Meydançanın üzərində eyni anda 4 mindən çox adam yerləşə bilər. Konstruksiyanın möhkəmliyi və etibarlılığı “Hidrotransproyekt”in mütəxəssisləri tərəfindən yoxlanılıb.

Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında


Qeyd etmək lazımdır ki, “EVRASCON” şirkəti betonlamadan sonra dartma metodunu ilk dəfə Azərbayanda, metronun “20 yanvar” stansiyasının yaxınlığındakı körpünün tikintisində və “Koroğlu” stansiyası yaxınlığındakı yol qovşağında, habelə Ukraynada Kiyev-Çop avtomobil yolu üzərindəki nəqliyyat qovşaqlarının, Qazaxıstanda Qərbi Avropa-Qərbi Çin avtomobil yolunun üzərində körpülərin tikintisində, habelə Tatarıstan respublikasının Kazan şəhərində Kazanka çayı üzərində körpünün inşasında və Lenin bəndinin bərpasında tətbiq edib.

“EVRASCON” şirkəti MDB respublikalarında yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair keçirilən tenderlərdə dəfələrlə qalib gəlib. Hazırda şirkət Qazaxıstan, Ukrayna, Moldova və Rusiyada tikinti işlərini yerinə yetirir. “EVRASCON” xaricdəki obyektlərin tikintisinə Azərbaycandan da çoxsaylı mütəxəssislər və fəhlələr cəlb edir.



Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında

Mənbə: Virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *