Bağla

AzNews.info



Bölmə: Manşet, Sosial, Köşə, Foto

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi – FOTO

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


Bildiyiniz kimi, Bakı şəhər sakinləri “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyi arasında yaranmış mübahisədən hələ də əziyyət çəkir. Dövlət qurumları arasındakı anlaşılmazlıq nəticədə sadə vətəndaşların “başında partlayır”.

AzNews.info-nun redaksiyasına gələn bir məktubdan aydın olur ki, belə problemlər digər dövlət qurumlarında da az deyil. Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət yaratdıqları problemi həll etmək əvəzinə Sumqayıt şəhər sakinini bir qapıdan digərinə yönləndirirlər.

Sumqayıt şəhər sakini Cəfərova Ema İslam qızı ünvanımıza göndərdiyi məktubda yazıb bildirir ki, 04.11.2015 – ci il tarixində, Sumqayıt şəhər “Azərişıq” ASC tərəfindən ev ünvanına sərf olunan enerjiyə görə ödənilmiş məbləğdən 50 AZN silinmiş və borc yazılaraq evinin enerji təchizatı qanunsuz olaraq dayandırılmışdır. O, “Azərişıq” ASC-yə müraciət edərkən, poçtun yazdığı məktub əsasında bunu etdiklərini bildiriblər. O, məsələ ilə bağlı“Azərpoçt” MMC-nin Sumqayıt filialının 12. mikrorayonda yerləşən şöbəsinə yaxınlaşıb. Onlar “Biz bu işi görmürük” -deyə, onu “Azərpoçt” MMC-nin Sumqayıt Şəhər Poçt filialına yönləndiriblər. Bu poçtdan – “Biz belə məktub göndərməmişik” cavabını alan xanım “Azərişıq” ASC və “Azərpoçt” MMC-nin barəsində ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət ünvanlayıb.

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


Maraqlı burasındadır ki, Ema xanımın şikayəti tək yaşadığı mənzillə bitmir. O, Sumqayıt şəhəri Koroğlu prospektində icarəyə götürdüyü obyektdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyət göstərdiyi obyektə, o cümlədən ərazidə yerləşən digər obyektlərə də, məxsus enerji sayğacları “Azərişıq” ASC tərəfindən bir dəmir qutuya yığılaraq sahibkarlardan gizli saxlanılır. Xanımın dediyinə görə, o, öz obyektinə aid olan sayğacın məlumatlarını heç vaxt görə bilmir.

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi
Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


“Azərişıq” ASC-nin işçiləri sahibkarın iştirakı olmadan sayğaca baxış keçirərək hesab-bildiriş yazırlar. Sahibkarın bildirdiyinə görə, onun obyektinə məxsus sayğacdan neçə obyektə enerji verildiyindən xəbəri olmur. Dəfələrlə bu barədə “Azərişıq” ASC əməkdaşlarına müraciət etsə də, onlar min bir bəhanələrlə sayğacı göstərməkdən imtina ediblər. Hətta, obyektin 15 gün müddətində bağlı olduğu halda, enerji sərfiyyatının dəfələrlə çox olduğunu görən sahibkar, sayğacın göstərilməsini inadla tələb etsə də, dəmir qapılar onun üzünə açılmayıb.

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi
Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


Hələ bu azmış kimi, sentyabr ayında gələn hesab-bildirişdə qalıq borc 0.00 AZN, sərfiyyat isə 11.88 AZN olduğu halda, 20.11.2015 tarixində həmin obyektə qanunsuz olaraq 515.46 AZN məbləğində borc bildirişi gəlir. "Görəsən buna nə ad vermək olar? Oğurluq, qanunsuzluq yoxsa savadsızlıq? Dövlətin qayda-qanunları görəsən “Azərişıq” ASC üçün keçərli deyilmi?" - deyə xanım şikayətini bildirir.

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


Hər halda bütün bunlar dövlət qurumlarında əməkdaşların məsuliyyətsizliyi və ya savadsızlığı ucbatından sadə vətəndaşların əziyyət çəkməsi ilə nəticələnir. Ümid edirik, sadalanan problemlər tezliklə öz həllini tapacaq.

Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi
Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi
Sumqayıt sakini "Azərişıq" ASC-ni məhkəməyə verdi


Sözü gedilən məsələ ilə bağlı, aidiyyatı qurumların da fikirlərini paylaşmağa hazırıq.

Mənbə: AzNews.info

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *