AZAL işçi axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

AZAL işçi axtarır

AZAL işçi axtarır


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.

Namizədlər boyu 160-180 sm, maksimum çəkisi 75 kq olan və Azərbaycan, rus və ingilis dillərini sərbəst bilən 18-25 yaşlı qadınlar olmalıdır.

Müsabiqədə iştirak etmək üçün namizədlər şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3x4 sm ölçüdə şəkil və xarici dil bilgilərini təsdiqləyən sertifikat (əgər varsa) sənədlərini toplamalıdırlar.

Bütün sənədlər AZAL-ın Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir. Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

Xatırladaq ki, əlavə məlumat əldə etmək üçün AZAL-ın Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *