Bakının müasir siması » AzNews.info -Xəbər portalı

Bakının müasir siması – FOTO

Bakının müasir siması


Dövlət Neft Fondunun 24 mərtəbəli yeni binasının hündürlüyü qüllə ilə birlikdə 140 metrdir. AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bina “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir.

Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Bir sıra dövlət mükafatları laureatı, xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev tərəfindən yaradılıb. Birinci mərtəbədə yerləşən gözləmə və istirahət sahələrindən ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə kitabxana ilə əlaqələndirilib. Şirvan xalçaçılıq məktəbinə xas naxışlar “qış bağı”, “Petroleum lounge” və lift lobbilərinin dizaynında geniş yer alıb. “Qış bağı”nın dekorasiyası üçün Şirvan xalçaçılıq məktəbinə aid Qobustan xalçasının motivlərindən istifadə olunub. Birinci mərtəbənin yarımmərtəbəsi Gəncə xalçaçılıq məktəbinin elementləri ilə işlənib. Kitabxana burada yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin neft strategiyası, müstəqillik illərində ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən kompleks yenidənqurma tədbirləri, Azərbaycanın ötən illərdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edən kitablar yer alıb. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.

Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması
Bakının müasir siması

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *