Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azaldı » AzNews.info -Xəbər portalı

Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azaldı

Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azaldı


2015-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 10 035 ədəd avtomobil idxal olunub.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitənin məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12 476 ədəd avtomobil və ya 2,24 dəfə azdır.

Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 2 524 ədəd avtomobil və ya 83,6% çoxdur.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 203 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 9 256 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 500 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 76 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *