Əfsanəvi “Nokia 3310” yenidən satışda » AzNews.info -Xəbər portalı

Əfsanəvi “Nokia 3310” yenidən satışda

Əfsanəvi “Nokia 3310” yenidən satışda


Əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyası Böyük Britaniyada satışa çıxarılıb.

Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, orijinal model 2005-ci ildə satışdan çıxarılıb - həmin vaxta qədər 126 milyon belə telefon istehsal olunmuşdu.

“Nokia” şirkəti özü telefon istehsalı ilə məşğul deyil, “Nokia 3310”-un yeni versiyasının istehsalı və satışı üzrə lisenziya isə “HMD Global” şirkətinə məxsusdur.

İki meqapiksel kamera ilə təchiz edilmiş və internetə məhdud çıxışı olan telefon Britaniyada 49,99 funta satılır.

İstehsalçı şirkətin məlumatına əsasən, telefonun akkumulyatoru danışıq rejimində 22 saata, gözləmə rejimində isə bir aya qədər “zaryadka” saxlaya bilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *