Mənzil bazarında son vəziyyət » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mənzil bazarında son vəziyyət

Mənzil bazarında son vəziyyət

“2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub”.

Trend xəbər verir ki, bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmalı bildirib ki, ötən ilin əvvəllərində, xüsusilə də birinci yarısında qiymət azalması daha dinamik olub: “Ay ərzində təqribən 3-5% arasında qiymət dəyişməsi baş verdi, amma yay aylarında qiymət stabilləşdi, ilin sonlarında isə nisbi qiymət azalmaları müşahidə olundu.

Ümumilikdə ötən il ərzində təkrar mənzil bazarında illik qiymət azalması təqribən 22% civarındadır”.

Yeni tikilən mənzil bazarına gəlincə isə, R.Osmanlı bildirib ki, bu sahədə qiymət azalması müşahidə olunmayıb, əksinə qiymətlər artıb: “Yeni tikililərdə də təkrar bazar var, çünki şirkətlər mənzilləri satır və sonradan həmin mənzillər təkrar alqı-satqıya cəlb olunur.

Şirkət tərəfindən satılan mənzillərdə qiymət azalması müşahidə olunmur. Yəni qiymətlər stabildir, hətta ötən 3 illik göstəricilərə nəzər salsaq, qiymətlərin artımı müşahidə olunub. Şəhərin müxtəlif əraziləri üzrə 1 kvadrat metr üçün qiymətlərdə 40-50%, bəlkə də daha çox artım müşahidə olunur”.

Ekspert bildirib ki, il ərzində həm təkrar, həm də yeni mənzil bazarında aktivlik çox aşağı səviyyədə olub: “Hər iki istiqamət üzrə əməliyyatların sayında kəskin azalmalar var. İlkin ehtimallara görə, alqı-satqı əməliyyatlarının sayında təqribən 30%-dən çox azalma olub”.

Sosial mənzillərin tikintisinin mənzil bazarında qiymətlərə necə təsir edəcəyinə gəlincə isə, ekspert prosesin ümumi mənzil bazarına təsir etməyəcəyi qənaətindədir:

“Sosial mənzillərin qiymətlərin azalmasına təsir edəcəyi barədə fikirlərlə razılaşmıram. Çünki sosial mənzillərin sayı ümumi mənzil dövriyyəsinin təqribən bir aylıq göstəricisindən bir neçə dəfə azdır.

Belə olan halda sosial mənzillərin bazarda qiymətlərə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Eyni zamanda nəzərə alsaq ki, bu mənzillər müəyyən kateqoriyaya aid olan insanlara veriləcək, eyni zamanda mənzil alındıqdan sonra 3 il ərzində alqı-satqı predmeti ola bilməz, bu baxımdan sosial mənzillərin bazarda istər qiymətə, istər ümumi dinamikaya hər hansı bir təsir göstərəcəyini düşünmürəm”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *