Vergilər naziri 7 müşavirini işdən azad edib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər naziri 7 müşavirini işdən azad edib – YENİLƏNİB

Vergilər naziri 7 müşavirini işdən azad edib


Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib.

Bu barədə AzNews.info APA-ya istinadən xəbər verir.

Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub.

Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub.

Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

10:42

Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, müşavirlərin sayı 13-dən 7-yə endirilib.

Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar.

Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.

Mənbə: APA / Report.az / Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *