Hamilə gözəllər » AzNews.info -Xəbər portalı

Hamilə gözəllər – FOTO

Hamilə gözəllər


2014-ci il street style ulduzlarının zövqlü hamilə görünüşləri ilə yadda qaldı. Yeni stil ikonları sanki sözləşmiş kimi "baby boom"a səbəb oldular. Onların arasında Miroslava Duma, Eva Çen, Nataşa Goldenberq, Yasmin Sevell də var.

AzNews.info Buro247.az-a istinadən hamilə stilləri ilə bu ilə damğasını vuran anaları təqdim edir.

Miroslava Duma - Buro 24/7 internet dərgisinin və "Peace Planet" xeyriyyə fondunun yaradıcısıdır. İlk dəfə 2010-cu ildə ana olub, indi ikinci övladına hamilədir. "Color block" tərzində geyinməyi sevən stil ikonu hamilələr üçün ən yaxşı nümunələrdən sayıla bilər.

Nataşa Qoldenberq - "Hello" və "Grazia" jurnallarının Rusiya nəşrlərində jurnalist kimi fəaliyyət göstərib, "Tzipporah" geyim markasını yaradıb. İkinci övladını gözləyən Qoldenberq əsasən trençkotlara, pançoya və donlara üstünlük verir.

Yasmin Sevell - şəxsi şopper və dəb konsultantı işləyir, İngiltərənin ən qabaqcıl stil ikonlarından hesab olunur. İkinci övladına hamilə olan Sevell qarnını qabarıq göstərməyən "swing" donlar, rahat flatformalar və "oversize" köynəklərdə özünü rahat hiss edir.

Yeva Çen - "Lucky" dərgisinin baş direktoru, Nyu-York street-style dəbini diktə edənlərdəndir. Monoxrom rəngləri, statement çantaları, parlaq mavi rəngi sevən Çen sport-şık tərzini sevən gələcək analara ilham mənbəyi ola bilər.

Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər
Hamilə gözəllər

Mənbə: Buro247.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *