Hollivudda daha bir ulduz peyda oldu » AzNews.info -Xəbər portalı

Hollivudda daha bir ulduz peyda oldu – FOTO

Hollivudda daha bir ulduz peyda oldu


Daha bir Hollivud aktoru "Hollivud Şöhrət Xiyabanı"nda öz ulduzuna sahib oldu. Bu, 64 yaşlı məşhur amerikalı aktyor Ed Harrisdir. Aktyor öz ulduzunun açılışını edən kimi, onu öpərək kameralara poz verib. Ulduzun təqdimat mərasimində Ed Harrisi ailə üzvləri və həmkarları tək qoymayıb.

"Mən gördüyüm işi sevirəm. Haradasa 40 il əvvəl başa düşdüm ki, aktyor olaraq çalışmaq mənim həyatımı həsr etmək istədiyim sahədir. Bunun üzərində çox çalışdım və bunu etməyə davam edirəm. Mənim üçün sənətim özümü reallaşdırmaq imkanıdır. Əməyimə qiymət verən hər kəsə təşəkkür edirəm." - deyə, məşhur aktyor bildirib.

Ed Harris uzun illər ərzində onlarla filmdə yaddaqalan obrazlar canlandırıb. Azərbaycan tamaşaçısına isə o, Culiya Roberts və Syuzan Sarandonla birlikdə rol aldığı "Ögey ana" filmindəki rolu ilə tanışdır.

Hollivudda daha bir ulduz peyda oldu
Hollivudda daha bir ulduz peyda oldu
Hollivudda daha bir ulduz peyda oldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *