Şəkili qızı Xaçmazı vəsf etdi » AzNews.info -Xəbər portalı

Şəkili qızı Xaçmazı vəsf etdi

Şəkili qızı Xaçmazı vəsf etdi


Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova ilk dəfə klip təqdimatı düzənlədi.

ANS PRESS-in məlumatına görə, yeni xalq artisti “Xaçmazım” mahnısına çəkilmiş klipini təqdim edib. Təqdimat mərasimi dekabrın 20-də Xaçmazda baş tutub. Təqdimatda klipin yaradıcı heyəti, sənətçinin dostları və media nümayəndələri iştirak ediblər.

Mahnının sözləri şair Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur. Xaçmaz şəhərinin görməli yerlərində lentə alınan klipin rejissoru Dəyanət Rzayevdir. Klipdə yer alan səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.

Gülyanaq Məmmədova Xaçmaz rayonunun gözəlliklərini vəsf edən musiqini sevə-sevə ifa etdiyini söyləyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *