Odessada 4 azərbaycanlı tələbə güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Odessada 4 azərbaycanlı tələbə güllələndi

Odessada 4 azərbaycanlı tələbə güllələndi


Mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı həmyerlilərimiz bolqar tələbəni döyüb, sonuncu qaçarkən isə onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.

Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *