Şotlandiyada müstəqilliklə əlaqədar təkrar referendum keçiriləcək
Əgər Böyük Britaiya liderləri Avropa İttifaqından çıxmaq (Brexit) prosedurunu davam etdirərlərsə, Şotlandiyanın müstəqilliyi il əlaqədar təkrar referendum keçiriləcək.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Şotlandiya Milli Partiyasının qapalı qurultayında ölkənin birinci naziri Nikola Stercen bəyan edib.
N. Stercen Şotlandiyanın Avropa İttifaqında saxlanılması üçün tədbirlərin görüləcəyini vəd edib. Birinci nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şotlandiya iqtisadiyyatına zərbə vursalar, ölkə sakinləri “yaxşı gələcək” seçmək üçün yeni bir şans əldə edəcəklər. N. Stercen deyib ki, Şotlandiyanın gələcəkdə də Avropa İttifaqının daxili bazarına çıxışı olmalıdır: “Mən heç vaxt şübhə etməmişəm ki, Şotlandiya nə zamansa müstəqil olacaq. İndi isə mən buna daha çox inanıram”.
Qeyd edək ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib. Şotlandiyada da əhalinin 62 faizi Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyib.
Mənbə:> APA